ABŞ Suriyanı bombaladı - Ölənlər var


13:07     07 Aprel 2017 abs%20pkk%20suriya%20bomba%20partlayis.jpg

ABŞ Suriya Silahlı Qüvvələrinə məxsus aviabazaya raket zərbəsi endirib.


Femida.az -ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ABŞ Müdafiə Nazirliyi raket zərbəsinin endirildiyi Suriya ordusunun aviabazasında kimyəvi silahların saxlanıldığını iddia edir.


“Suriyanın “Şəyrat” aviabazası kimyəvi silahların saxlanılması üçün istifadə edilib. ABŞ kəşfiyyatının məlumatına görə, aprelin 4-də kimyəvi silahlardan istifadə etmiş təyyarələr məhz bu aerodromdan havaya qalxıb. Zərbə kimyəvi silahdan istifadənin təkrarlanmasının qarşısını almaq məqsədi ilə endirilib”, - deyə Ceff Devisin bəyanatında bildirilir.

Qeyd edək ki, prezident Donald Tramp Suriya komandanlığının kimyəvi silahın istifadəsi üçün yararlandığı aerodroma raket zərbəsinin endirilməsinə dair göstəriş verdiyini bildirib.

ABŞ-ın Aralıq dənizindəki hərbi gəmilərindən 59 qanadlı raketin buraxıldığı bildirilir.

Açar sözlər:

Oxunub: 2765