Əmək pensiyaçılarının sayı açıqlandı
21:47 07 Aprel 2017
Azərbaycanda əmək pensiyaçılarının sayı 1 aprel tarixinə 1 milyon 319 min nəfər təşkil edir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev "APA-Economics"ə bildirib ki, əmək pensiyaçılarının 59,3%-i yaşa görə, 11,4%-i ailə başçısını itirməyə görə, 29,3%-i isə əlilliyə görə pensiya alanlardır.
E.Babayevin sözlərinə görə, cari ilin ötən dövründə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu üzrə ümumi daxilolmaların səviyyəsi pensiyaların vaxtında maliyyələşdirilməsinə imkan verib.
“Ölkə üzrə əmək pensiyalarında artım dinamikasının davamı kimi, əmək pensiyalarının orta aylıq məbləği bu ilin əvvəli ilə müqayisədə 5,3% artaraq 1 aprel tarixinə 202,38 manata çatıb. Hazırda ölkə üzrə yaşa görə əmək pensiyalarının orta aylıq məbləği əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 44,9% təşkil edir ki, bu da Avropa Sosial Xartiyasının tələblərinə cavab verir”, - deyə E.Babayev əlavə edib.
Femida.az
Oxunub: 961
Oxşar xəbərlər
- Əmək pensiyaçılarının sayı açıqlanıb
- Əmək yarmarkaları keçiriləcək
- Əmək pensiyaçılarının sayı açıqlanıb
- Əməkdar artist vəfat etdi
- Əmək haqqları 1000 manata yaxınlaşır
- Əmək Məcəlləsinə dəyişiklik edildi
- Əməkdar jurnalist Sülh Platformasına qoşulub - FOTO
- Əmək müqaviləsi ilə bağlı şərtlər dəyişdirilir
- Əməkdar artistdən şok açıqlama: `Bilik aktyor üçün faciədir` - VİDEO
- Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi yaradılır - “ASAN xidmət“də