Əməkdar artist vəfat etdi
15:14 04 İyul 2017
Əməkdar artist Telman Əliyev vəfat edib.
Femida.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Telman Əliyevin tələbəsi Eleanora Mehdiyeva məlumat verib.
Onun sözlərinə görə, T. Əliyev bu gün ürək çatışmazlığından dünyasını dəyişib.
Qeyd edək ki, Telman Əliyev 1 noyabr 1947-ci ildə Gəncə şəhərində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsini bitirib. Gəncə Dövlət Dram Teatrının səhnəsində və Akademik Milli Dram Teatrının səhnəsində müxtəlif rollarda çıxış edib.
“Bir aktyorun teatrı” (Araq düşkünü), "Bahar-99" (Məşədi) teletamaşalarında, "Şeytan içimizdədir" (şöbə rəisi), "Yük" (Duxançı), "Bizi dağlarda axtarın" filmlərində çəkilib.
Femida.az
Oxunub: 33118
Oxşar xəbərlər
- Əməkdar jurnalist Sülh Platformasına qoşulub - FOTO
- Əməkdar artistdən şok açıqlama: `Bilik aktyor üçün faciədir` - VİDEO
- Əməkdar artist vəfat edib
- Əməkdar artist vəfat edib
- Əməkdar artist dünyasını dəyişdi
- Əməkdar rəssam vəfat edib
- Əməkdar elm xadimi vəfat edib
- Əməkdar artist dünyasını dəyişdi
- Əməkdar rəssam vəfat edib
- Əməkdar artistin əri döyüldü - Gecə klubunda