Əmək Məcəlləsinə dəyişiklik edildi
23:11 13 İyun 2017
Azərbaycan prezidenti İlham Əliyev Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb.
Əmək Məcəlləsinə aşağıdakı dəyişikliklər edilib:
1.1. 45-ci maddənin 1-ci hissəsi aşağıdakı redaksiyada verilib:
“1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.”
1.2. 73-cü maddənin 1-ci hissəsinin ikinci cümləsində “Müddətli” sözü “Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli” sözləri ilə əvəz edilsin.
1.3. 77-ci maddə üzrə:
1.3.1. 1-ci hissə aşağıdakı redaksiyada verilib:
“İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:
bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi;
bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi;
beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi;
on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.”;
1.3.2. 3-cü hissə aşağıdakı redaksiyada verilib:
“Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:
bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;
bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;
beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;
on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.”
1.3.3. 4-cü hissə aşağıdakı redaksiyada verilib: “İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır”;
1.3.4. 5-ci hissə ləğv edilib;
Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.
Femida.az
Oxunub: 35421
Oxşar xəbərlər
- Əmək pensiyaçılarının sayı açıqlanıb
- Əmək yarmarkaları keçiriləcək
- Əmək pensiyaçılarının sayı açıqlanıb
- Əməkdar artist vəfat etdi
- Əmək haqqları 1000 manata yaxınlaşır
- Əməkdar jurnalist Sülh Platformasına qoşulub - FOTO
- Əmək müqaviləsi ilə bağlı şərtlər dəyişdirilir
- Əməkdar artistdən şok açıqlama: `Bilik aktyor üçün faciədir` - VİDEO
- Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi yaradılır - “ASAN xidmət“də
- Əmək pensiyaçılarının sayı açıqlandı