Əməkdar jurnalist Sülh Platformasına qoşulub - FOTO


20:21     25 May 2017 sulhpaltform_1493894833.jpg

Azərbaycanın əməkdar jurnalisti, yazıçı, kinossenarist, “Qızıl qələm” mükafatının laureatı Nüşabə Məmmədova Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulması haqqında bəyanat verib.


Sülh Platformasının mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, bəyanatda deyilir:

“Gələcək nəsillərə miras qoya biləcəyimiz ən mühüm şey sülhdür. Bu səbəbdən 25 ildən çox davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli çox vacibdir. Həmçinin Azərbaycan və Ermənistan Respublikalarının ərazi bütövlüyü və suverenliyinə və hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyimi bildirmək istəyirəm. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrası vacib olduğunu vurğulamaq istəyirəm. Eləcə də ATƏT-in Minsk qrupunun münaqişənin həlli istiqamətində göstərdiyi səylərin əhəmiyyətini qeyd etmək istəyirəm. Erməni və Azərbaycan xalqlarının münaqişədən qabaq münasibəti əsrlərlə formalaşan mehriban qonşuluq prinsipləri üzərində qurulmuşdur. Lakin münaqişənin həll olunmaması nəticəsində hər iki xalqın bir birinə münasibətinin yalnız müharibə kontekstində formalaşmasını böyük təəssüf hissi ilə qeyd etmək istəyirəm. Xalq Diplomatiyasının münaqişənin həlli üçün əhəmiyyətli bir addım olduğuna inanıram. Bu səbəbdən bu təşəbbüsə dəstəyimi ifadə edərək, məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və Cənubi Qafqazda sülhün bərpası və onu qorunması olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumu bəyan edirəm”.



Femida.az

Açar sözlər:

Oxunub: 745