İsveçdə maskalı şəxslər polisi daşa basdı


17:10     09 Aprel 2017 5c6bd28d-0d61-40c0-8a64-5c4835ce2ad0.jpg

İsveçin Göteburq şəhərinin Hammarküllen rayonunda gənclərin iştirakı ilə iğtişaş baş verib.


Femida.az "Report"a istinadən xəbər verir ki, təqribən 30 maskalı gənc polis əməkdaşlarına içərisində yandırıcı qatışıq olan butulka və daş atıblar. Hadisə nəticəsində bir asayiş keşikçisi yaralanıb.

Onlar, həmçinin bir neçə avtomobili yandırıblar, kafelərin şüşələrini qırıblar.

Hadisə yerinə gücləndirilmiş polis dəstələri və vertolyot göndərilib.

Femida.az

Açar sözlər:

Oxunub: 704