İsveçdə sinaqoq hücuma məruz qalıb
14:09 10 Dekabr 2017
İsveçin Höteburq şəhərində naməlum şəxslər sinaqoqa “Molotov kokteyli” atıblar.
Femida.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident nəticəsində xəsarət alan olmayıb.
Məlumata görə, insidentdə 20-dək üzü maskalı şəxs iştirak edib. Sinaqoqda olan yəhudi tələbələr hücum edənlərdən qorunmaq üçün zirzəmidə gizləniblər.
Hücum nəticəsində sinaqoqda yanğın baş verib, binaya və yaxınlıqdakı avtomobillərə zərər vurulub. Hadisə yerinə polislər cəlb edilib.
İnsident ABŞ-ın bir neçə gün əvvəl Yerusəlimi İsrailin paytaxtı tanıması və Amerika səfirliyinin Təl Əvivdən Yerusəlimə köçürülməsi ilə bağlı qərarından sonra baş verib.
Femida.az
Oxunub: 552
Oxşar xəbərlər
- İsveçdə polis avtomobili partladıldı
- İsveçdə iki məscidə hücum edilib
- İsveçdə gecə klubunda güclü PARTLAYIŞ
- İsveçdə nümayiş: 23 nəfər həbs edildi
- İsveçdə məscid yandırılıb
- İsveçdə maskalı şəxslər polisi daşa basdı
- İsveçdə terror törədən özbək imiş
- İsveçdə terroru bu şəxs törədib - FOTO
- İsveçdə miqrantlar kütləvi iğtişaşlar törədib
- İsveçdə azərbaycanlılar ayağa qalxdı