İsveçdə polis avtomobili partladıldı


13:36     30 Dekabr 2017 1482739030_police.jpg

İsveçin Malmö şəhərində polis avtomobili partladılıb.


Femida.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, hadisə yeri mühasirəyə alınıb, əraziyə minaaxtaranlar cəlb olunub.

Faktla əlaqədar 22 və 25 yaşlı iki kişi saxlanılıb. Onlar partlayışın təşkilində əlbir olmaqda şübhəli bilinir.

Polis əməkdaşları şahidləri sorğu-sual edir, axtarışlar aparır. Hadisənin səbəbləri açıqlanmır.

Femida.az

Açar sözlər:

Oxunub: 1124