Gürcüstanda 9 aprel şəhidlərinin xatirəsi anılıb


18:44     09 Aprel 2017 gurcustan-9-aprel_1491733772.jpg

Bu gün Gürcüstan ictimaiyyəti 1989-cu il aprelin 9-da ölkənin azadlığı və suverenliyi uğrunda həlak olanların xatirəsini anır.


Azərbaycanın Gürcüstandakı səfirliyi də 9 aprel şəhidlərinin xatirəsinə ehtiramını bildirib.

Səfir Dursun Həsənov, səfirliyin və konsulluğun, hərbi attaşe aparatının və digər aidiyyəti qurumların nümayəndələri aprelin 9-da Tbilisinin mərkəzi Rustaveli prospektindəki abidə önünə əklil qoyublar.

Səfir Gürcüstanın dövlət və hökumət üzvləri ilə görüşərək baş sağlığı verib, Azərbaycan xalqının daim dost və qardaş gürcü xalqının yanında olduğunu bildirib.

Qeyd edək ki, aprelin 8-dən başlayaraq ictimaiyyət nümayəndələri abidəni ziyarət edirlər.

Gürcüstan Prezidenti, Baş nazir, nazirlər aprelin 9-da Rustaveli prospektindəki abidə önünə əklil qoyublar. (Azərtac)


Açar sözlər:

Oxunub: 835