Azərbaycanın 5 səfirliyində maliyyə nöqsanları var - RƏSMİ
23:22 10 Aprel 2017
Azərbaycanın xaricdəki 5 səfirliyində maliyyə nöqsanları və büdcə qanunsuzluqları aşkarlanıb.
Femida.az xəbər verir ki, Milli Məclisdən verilən məlumata görə, bu barədə Hesablama Palatasının 2016-cı il üzrə fəaliyyəti barədə illik hesabatda bildirilib.
Bunlar Azərbaycanın Tacikistan, Qırğızıstan, Bolqarıstan, İtaliya və Misirdəki səfirlikləridir.
Görülən tədbirlər nəticəsində maliyyət itkilərinin Tacikistan, Qırğızıstan və Bolqarıstandakı Azərbaycan səfirliklərindən ödətdirilməsi Palata tərəfindən qeydə alınsa da, İtaliya və Misirdəki səfirliklərdəki maliyyə itkisinin bərpası qeydə alınmayıb. Xarici İşlər Nazirliyindən Hesablama Palatasına bununla bağlı iş aparılması barədə məlumat verilib.
Hesabat Milli Məclisə təqdim olunub və aprelin 14-də müzakirəyə çıxarılacaq.
Femida.az
Oxunub: 1302
Oxşar xəbərlər
- Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti dəyişdi
- Azərbaycanın beynəlxalq axtarışa verdiyi iş adamı tutulub
- Azərbaycanın sülhməramlılarla bağlı məhdudiyyəti götürülür
- Azərbaycanın tanınmış alimi vəfat edib
- Azərbaycanın meyvə-tərəvəz ixracının coğrafiyası genişləndirilə bilər
- Azərbaycanın qaz ixracından gəliri 35% artıb
- Azərbaycanın axtardığı qadın Rusiyada tutuldu
- Azərbaycanın Minsk Qrupundan əsas gözləntiləri
- Azərbaycanın şahmat millisi Avropa Çempionu oldu
- Azərbaycanın yeni orfoqrafiya lüğəti hazırlanacaq