Biləsuvarda maşınlar toqquşdu


14:03     25 Aprel 2017 qeza_yeni.jpg

Biləsuvarda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az xəbər verir ki, Ələt-Astara magistral yolunun Biləsuvardan keçən hissəsində iki minik avtomobil toqquşub. Nəticədə Masallı rayon sakini, 40 yaşlı Səkinə Firudin qızı Abdullayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb, Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 914