Masallıda soyğunçuluq edən şəxslər tutulub


01:39     26 Aprel 2017 ogurluq32.jpg

Masallıda evlərə basqın edən şəxslər tutulub.


Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində soyğunçuluqla məşğul olan üç nəfərdən ibarət qrup zərərsizləşdirilib.

Aprelin 18-dən 19-a keçən gecə rayonun Qızılağac kəndində Səlimova Tinati, Mirzəyeva Xoşqədəm Hidayət qızı, Səfərova Hökumə Abduləli qızının yaşadığı mənzillərə maskalı şəxslər daxil olaraq, ev sahiblərinə hədə-qorxu gəlmək yolu ilə ümumilikdə üç min manat dəyərində qızıl-zinət əşyalarını ələ keçiriblər.

Hadisələrdən dərhal sonra əməliyyat qrupu yaradılıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində evlərə basqın etməkdə şübhəli bilinən üç nəfər Bakıda saxlanılıb. Saxlanılan şəxslər - Qızılağac kənd sakini Vüsal Əliyev, Bərdə rayon sakini Faiq Abışlı və Astara rayon sakini Amil Qənbərovdur.

Faktla bağlı araşdırma aparılır. (APA)

Femida.az

Açar sözlər:

Oxunub: 500