Azərbaycan - Şimali İrlandiya matçının stadionu dəyişdi


19:12     26 Aprel 2017 ff69c1cba97369afc346e2fabd540554.jpg

2018-i ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 10-da keçiriləcək Azərbaycan – Şimali İrlandiya oyununun stadionu dəyişdirilib.


Femida.az xəbər verir ki, qarşılaşma, əvvəlcədən xəbər verildiyi kimi, “Bakcell Arena”da deyil, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Xatırladaq ki, millimiz evdə son rəsmi oyununu - martın 26-da Almaniya yığmasna 1:4 hesabı ilə yenildiyi qarşılaşmanı da mərkəzi arenamızda keçirib.

Femida.az

Açar sözlər:

Oxunub: 724