SOCAR yeni şirkət yaradıb
23:40 12 Avqust 2015
Dövlət Neft Şirkəti (SOCAR) və KBR şirkəti (ABŞ) mühəndislik xidmətləri üzrə birgə müəssisə yaradıb. Femida.az-ın məlumata görə, yeni şirkət "SOCAR-KBR" adlanır.
Nizamnamə kapitalı 500 min manat olan şirkət dövlət qeydiyyatına bu ilin iyulun 14-də alınıb və qanuni təmsilçisi Tərlan Sahib oğlu Məmmədovdur.
"SOCAR-KBR"in Müşahidə Şurasının üzvləri Fəxrəddin Səttar oğlu İsmayılov, Yaşar Aydın oğlu Lətifov, İlham Mədət oğlu Nəsirov, Braendeland Jan Egil, Nadesan Siva və Simmonite Martindir.
Xatırladaq ki, martın 18-də Bakıda SOCAR prezidenti Rövnəq Abdullayev və KBR şirkətinin prezidenti və baş icraçı direktor Stüart Bredinin iştirakı ilə mühəndislik xidmətləri üzrə birgə müəssisənin təsis edilməsi haqqında sazişin imzalanma mərasimi keçirilib.
Oxunub: 1395
Oxşar xəbərlər
- SOCAR 6,8 mln. ton neft hasil edib
- SOCAR Avstriyada iki şirkət alıb
- SOCAR-da çalışan əlillərin sayı açıqlanıb
- SOCAR-la `Özbəkneftqaz` əməkdaşlığı genişləndirir
- SOCAR bazara mühərrik yağları çıxarır
- SOCAR büdcəyə 1,3 milyard ödəyib
- SOCAR-ın yeni baş ofisi neçəyə başa gəlib?
- SOCAR-ın avtobusu piyadanı vuraraq öldürdü
- SOCAR Maltaya ötürəcəyi qazın həcmini açıqladı
- SOCAR-ın iki müəssisəsi birləşdi