İtkin düşən şəxsin meyiti zirzəmidən tapıldı


22:19     04 May 2017 meyit%20yeni.jpg

Bakıda tikilməkdə olan çoxmərtəbəli binanın zirzəmisində meyit tapılıb.


Nəsimi rayon Polis İdarəsindən verilən məlumata görə, N. Yusifbəyli küçəsi 32 ünvanında inşa olunan binanın zirzəmisinə yığılmış su çəkilərkən orada meyit aşkar edilib.

Tikinti işlərini aparan şirkət bununla bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verib.

Hadisə yeri və meyitə baxış keçirilərkən meyiti tapılan şəxsin aprelin 13-də itkin düşmüş kimi qeydiyyatda olan, 1986-cı il təvəllüdlü Rüfət Zülfüqar oğlu Sadıqov olması müəyyən edilib.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

R. Sadıqovun qətlə yetirilməsi versiyası da istisna edilmir.(APA)

Femida.az

Açar sözlər:

Oxunub: 538