14 yaşlı uşağın işi böyüyür – Qanunda boşluq yoxdur


18:30     05 May 2017 mtu5mgfkowy0yzq5mtc_5.jpg

“Dünya praktiaksında ehtiyatsızlıqdan adam öldürmə maddəsinə görə cinayət işi 16 yaşdan başlayır”


Bu sözləri Femida.az-a açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti hüquqşünas Əliməmməd Nuriyev deyib.

Hüquqşünas bildirdi ki, ehtiyatsızlıqdan adam öldürmə maddəsinə görə cinayət məsuliyyəti 16 yaşdan başlayır:

“Nə qədər ki, həmin şəxsin 16 yaşı yoxdur, cinayət məsuliyyətinə cəlb oluna bilməz. 14 yaşlı uşaq barəsində yalnız o halda cinayət işi açıla bilər ki, o, həmin maşını qaçırmış olsun. (185-ci maddə) Bu da mümkün deyil, çünki maşın onun atasına məxsusdur. Nəticə etibarilə, sözügedən 14 yaşlı uşaq cinayət məsuliyyətinə cəlb oluna bilməz.



Əliməmməd Nuriyev hesab edir ki, bu hal qanunda boşluq hesab oluna bilməz:

“Dünyanın digər ölkələrində də ehtiyatsızlıqdan adam öldürmə cinayəti 16 yaşdan başlanır. Azərbaycan Cinayət Məcəlləsinə görə, bir sıra maddələr istisna olmaqla, əksər maddələrə görə məsuliyyət 16 yaşdan başlayır”.

Hüquqşünas sonda qeyd etdi ki, bu məqamda valideyin də cinayət məsuliyyətinə cəlb oluna bilməz.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 20715