Uşaqlar telefonun adaptorunu qırdığı üçün özünü bıçaqladı - Bakıda


13:02     06 May 2017 BICAQLANMA90.jpg

Bakının Suraxanı rayonunda övladları ilə mübahisə edən qadın özünü bıçaqlayıb.


Femida.az -ın "Report"a istinadən xəbərinə görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.
H.Quliyev küçəsi, 9, mənzil, 3-də yaşayan 1987-ci il təvəllüdlü Kazımova Xalidə Kərim qızı öz qarın nahiyəsinə 3 bıçaq zərbəsi vuraraq intihara cəhd edib. O, dərhal xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, ərindən boşanan X.Kazımovanın iki azyaşlı övladı var. Qadın övladlarına ona məxsus mobil telefonun adaptorunu qırdıqları üçün bərk əsəbiləşib. X.Kazımovanın anası onu sakitləşdirmək istəsə də, bunu bacarmayıb.
Qohumlarının dediyinə görə, iki uşaq anası dəfələrlə intihara cəhd göstərib.

Açar sözlər:

Oxunub: 11491