Uşaqlar arasında şahmat turniri keçirilib


22:57     26 İyun 2017 usaq%20sahmat.JPG

İyunun 25-də Heydər Əliyev Mərkəzinin parkında uşaqlar arasında şahmat turniri keçirilib.


Mərkəzdən Femida.az-a verilən məlumata görə, turnirdə 5-16 yaşlı şahmatçılar iştirak ediblər.

İki saatdan artıq davam edən turnirdə əvvəlcədən qeydiyyatdan keçərək 100 iştirakçı yarışıb.

Turnirə beynəlxalq dərəcəli hakim Ülkər Umudova və «Ağ At» şahmat klubunun müəllimləri nəzarət edib.

Turnirin qalibləri Kanlı Alperen (1-ci yer), İzzət Quliyev (2-ci yer), İsmayıl Qurbanov (3-cü yer) olublar.

Qaliblər sertifikat və medallarla təltif edilib.

Tədbirin məqsədi uşaq və yeniyetmələrin, şahmatsevərlərin açıq havada səmərəli asudə vaxtının təşkilidir.

Femida.az

Açar sözlər:

Oxunub: 1041