Rəsmi Bakı Qarabağdakı referendum şərtini açıqladı


18:06     06 May 2017 araz%20ezimov9.jpg

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı referendum keçirilməsinin mümkünlüyü məsələsini şərh edib.


Femida.az xəbər verir ki, A.Əzimov jurnalistlərə açıqlamasında hazırda referendum keçirilməsi məsələsinin müzakirə olunmadığını bildirib.

"Azərbaycan Respublikasının Konstitusiyası bunu tələb edərsə, bütün Azərbaycan ərazisində referendum keçirilə bilər. Münaqişənin həlli zamanı nə vaxtsa məsələ referendum keçirilməsinə çatsa, bütün Azərbaycan xalqı onda iştirak edəcək. Regionun statusunun müəyyənləşdirilməsi qanuni proses çərçivəsində həyata keçirilməlidir. Bu isə həmin torpaqlardan qovulmuş əhalinin iştirakı ilə mümkündür", - deyə o vurğulayıb.

Açar sözlər:

Oxunub: 1367