Meşədə asılı vəziyyətdə tapıldı - Borcu var idi


13:21     09 May 2017 intihar114.jpg

Qaxda həmyerlilərinə borcu olan 47 yaşlı kişinin meyiti meşədə ağacdan asılı vəziyyətdə tapılıb.


Femida.az
Aparılan araşdırma zamanı məlum olub ki, iki həftə əvvəl Rusiyadan qayıdan Şamil Şamxalov özünü asaraq intihar edib.

Şamil Şamxalovun intihar edən zaman sərxoş vəziyyətdə olduğu və onun üzərindən tapılan məktubda bir neçə rayon sakininə xeyli miqdarda pul borcu olduğu qeyd olunub.

Faktla bağlı Qax Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 6592