Meşədə itkin düşən uşaq bu halda tapıldı - FOTOLAR


14:48     30 Avqust 2017 itkin-dushen-ushaq-30082017-29.jpg

Quba rayonunda meşədə itkin düşən 5 yaşlı uşaq tapılıb.


Femida.az -ın məlumatına görə, avqustun 28-də rayonun Əski İqrığ kəndinin ərazisindəki meşədə itkin düşən 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlu meşə massivindən tapılaraq Quba rayon Polis Şöbəsinə gətirilib.
Azyaşlının vəziyyəti normaldır.

Qeyd edək ki, N. Əliyev avqustun 28-də rayonun Əski İqrıq kəndində meşəlik ərazidə yerləşən istirahət mərkəzlərinin birində itmişdi. Yaxınlarının xına mərasimində iştirak edən ailə üzvləri ilə birlikdə istirahət mərkəzində olan azyaşlı bir müddət sonra yoxa çıxmışdı. Onun axtarışlarına Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Quba rayon Polis Şöbəsinin, Şimal Regional Mərkəzinin müvafiq axtarış-xilasetmə qüvvələri və kənd sakinləri cəlb olunmuşdu.






Femida.az

Açar sözlər:

Oxunub: 3227