Meşədə özünü asdı - Cəlilabadda faciə


15:43     06 Oktyabr 2015 0_9657e_7dd54dca_orig2.jpg

Cəlilabadda intihar hadisəsi baş verib.


APA-nın məlumatına görə, hadisə rayonun Soyuqbulaq adlanan meşə zolağında qeydə alınıb. Rayonun Əsəbli kənd sakini, 1973-cü il təvəllüdlü Seymur Ziyafət oğlu Bədirov meşədə ağacdan özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1604