Şahin Mustafayev Çinə gedir


19:26     12 May 2017 sahin%20m0.jpg

Mayın 14-də Çinin paytaxtı Pekin şəhərində "Bir kəmər - bir yol" təşəbbüsü çərçivəsində Yüksək Səviyyəli Forum keçiriləcək.


İqtisadiyyat Nazirliyindən Femida.az-a verilən məlumata görə, tədbirdə 28 ölkədən dövlət və hökumət başçılarının, 110 ölkədən dövlət və özəl sektor nümayəndələrinin, sərmayədarların, 60-dan çox beynəlxalq təşkilatın nümayəndəsinin iştirak edəcəyi gözlənilir.

Forumda Azərbaycanı iqtisadiyyat naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 771