Şahin Mustafayev Vladimir Vladimirov ilə görüşüb


16:35     28 Sentyabr 2017 sahin%20m0.jpg

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Rusiyanın Stavropol vilayətinin qubernatoru Vladimir Vladimirov ilə görüşüb.


Femida.az xəbər verir ki, tərəflər bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.

Ş. Mustafayev həmçinin Mineralnıye Vodı şəhərinin iqtisadi və turistik potensialı ilə tanış olub. Nazir yerində vilayətin investisiya sahələrini, həmçinin texnoparkların investisiya imkanlarını öyrənib.

Qurum rəhbərinin həmçinin bir sıra iş adamları ilə görüşü də planlaşdırılır.

Qeyd edək ki, bu gün Stavropolda "İnvestisiyalar, İnnovasiyalar, Turizm" mövzusunda VIII Rusiya-Azərbaycan Regionlararası Forumu keçiriləcək. Forumda Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin, Rusiya prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə daimi nümayəndəsi Oleq Bezaventsov, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev iştirak edəcəklər.

Femida.az

Açar sözlər:

Oxunub: 913