Özünü qatarın altına atan qadının kimliyi bilindi - YENİLƏNİB


19:07     14 May 2017 big_1418637590_qatar.jpg

Gəncə şəhərində özünü yük qatarının altına ataraq intihar edən qadının şəxsiyyəti məlum olub.

Femida.az bildirir ki, Dəmir Yolu Nəqliyyatında Gəncə Stansiyası Xətt Polis Şöbəsindən report-a verilən məlumata görə, mayın 13-də axşam saatlarında Gəncə şəhər Poçt qəsəbəsi ərazisində özünü dəmiryolu xəttindən keçən yük qatarının altına ataraq intihar edən qadının Şəmkir rayon Seyfəli kənd sakini, 1948-ci il təvəllüdlü, Fərzəliyeva Elmira Çıraqəli qızı olduğu müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma davam etdirilir.

***


Gəncə şəhərində təqribən 60-65 yaşlı qadın özünü yük qatarın altına ataraq intihar edib.

Dəmir Yolu Nəqliyyatında Gəncə Stansiyası Xətt Polis Şöbəsindən verilən məlumata görə, hadisə axşam saatlarında Poçt qəsəbəsi ərazisindən keçən dəmiryolu xəttində baş verib.
Belə ki, hələlik kimliyi məlum olmayan 60-65 yaşlı qadın özünü hərəkətdə olan yük qatarının altına ataraq intihar edib. Onun kimliyi və intihar etmə səbəbləri hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən araşdırılır.
***
Gəncə şəhər Prokurorluğundan "Report"a verilən məlumata görə, hadisə nəticəsində qadının meyiti tanınmaz halda düşdüyündən, onun şəxsiyyətini müəyyən etmək hələ ki, mümkün deyil. Hazırda araşdırma aparılır.


Açar sözlər:

Oxunub: 1549