İnternet televiziyaları ilə bağlı qanun sərtləşdirilə bilər
19:05 16 May 2017
“Azərbaycanda yayımlanan internet televiziyalarla bağlı qanun pozuntusuna qarşı sərt cəzalar tətbiq etməliyik”
Bu təkliflə Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, MM-in İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında çıxış edib.
O bildirib ki, internet televiziyaları üzərindən yalan məlumatların yayılmasına qarşı mübarizə gücləndirməlidir:
“Kim istəyir, bir kamera alır və xaricdə yayımlamağa başlayır, Azərbaycanla bağlı ağlına gələni çəkib istədiyi formada yayımlayır. Məsələn, kimisə tapıb Azərbaycanın əyaləti ilə bağlı guya ciddi problemlərin olduğu, vəziyyətin gərgin olması barədə danışdırıb yayımlayırlar. Biz araşdırıb yoxlayıb görürük ki, ümumiyyətlə həmin bölgədə o adda adam yaşamır. Haradan tapıb, necə danışdırırlar heç kimin xəbəri olmur. O cümlədən cəbhə xəttində ötən il aprel döyüşləri zamanı da həmin şəxslər eyni yalan məlumatları bu şəkildə yayımlayırdılar. Bununla bağlı ciddi ölçü götürməliyik”.
Femida.az
Oxunub: 1037
Oxşar xəbərlər
- İnternet klublara gedənlərin sayı azalıb
- İnternet portalı ilə bağlı fərman
- İnternet klubda qan töküldü
- İnternetin sürəti niyə zəifləyib? - AÇIQLAMA
- İnternetdə böhtan və təhqirə görə cərimələr artırılır
- İnternet klublarda uşaqlar üçün xüsusi kompüterlər ayrılsın - TƏKLİF
- İnternet problemi ilə bağlı rəsmi açıqlama: `Bizlik heç bir səbəb yoxdur`
- İnternetdən kitab oxuyanların sayı açıqlandı
- İnternet pulunu onlayn ödəmək olacaq
- İnternetin boşanmalara təsiri nə qədərdir? - Video