Qaxda 79 yaşlı kişi intihar edib
19:49 17 May 2017
Qaxda 79 yaşlı kişi intihar edib.
Hadisə bu gün günorta saatlarında rayonun Çinarlı kəndində baş verib.
Çinarlı kənd sakini, 1938-ci il təvəllüdlü Nəzirməmməd Mehdi oğlu Abdullayevin meyiti yaxınları tərəfindən yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsindən asılı vəziyyətdə aşkar edilib.
Araşdırma zamanı 79 yaşlı N. Abdullayevin intihar etdiyi məlum olub. Məlumatda bildirilir ki, gözdən əlil olan N. Abdullayev son zamanlar onkoloji xəstəlikdən əziyyət çəkirdi. Bu səbəbdən N. Abdullayev əvvəllər də bir neçə dəfə intihara cəhd edib.
Faktla bağlı Qax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.(APA)
Femida.az
Oxunub: 750
Oxşar xəbərlər
- Qaxda zavodda yanğın olub
- Qaxda yanğının qarşısı alındı
- Qaxdakı yanğın söndürüldü
- Qaxda ağır qəza - ölən və yaralananlar var
- Qaxda şagird ehtiyatsızlıqdan özünü asıb
- Qaxda Bayraq Muzeyinin açılışı olub
- Qaxda ağac `soyqırımı` - Nazirlik prokurorluğa akt göndərdi
- Qaxda xəstəxana yanıb
- Qaxda 100-dən artıq ağac qanunsuz kəsildi
- Qaxda musiqiçi itkin düşüb