Maşın bazarında qiymətlər qalxıb


00:18     18 May 2017 a9486ee9-f78d-4c28-b43b-8542e54a27de.jpg

Azərbyacnda cari ilin aprel ayında minik avtomobilləri 1,6% bahalaşıb. Velosipedlərin qiymətində isə 1,2% artım qeydə alınıb.


Bu barədə Dövlət Statitika Komitəsinin yaydığı məlumatda qeyd olunur.

Minik avtomobilləri yanvarda 0,8%, fevralda 0,6% bahalaşıb, mart ayında isə sabit qalıb. Velosipedlərin qiymətində isə yanvarda 1,2%, fevralda 1,4%, martda 1,2% artım müşahidə olunub. Rəsmi statistikaya əsasən, apreldə 1 minik avtomobili üçün orta qiymət 31 893,65 manat, velosiped üçün isə 161,15 manat təşkil edib.

Qeyd edək ki, minik avtomobillərinin qiymətləri illik müqayisədə 10,5%, velosipedlərin qiymətləri 15,3% artıb.

Femida.az

Açar sözlər:

Oxunub: 889