Dərman qutusundan narkotik çıxdı


02:05     19 May 2017 2015-04-29-15-07-19narkotik0.jpg

Dərman qutusunda narkotik vasitə aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Femida.az-a bildirilib ki, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran vətəndaşına məxsus dərman qutusuna baxış zamanı, qutuda təsiredici maddəsinin ümumi miqdarı 0,285 qram olan narkotik vasitə - metadon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 526