Dərmanların pulsuz paylanması qadağan edilir


19:40     01 İyun 2017 derman2.jpg

Azərbaycanda dərman vasitələrinin reklam aksiyalarını keçirən şəxslər cərimələnəcək, dərmanların pulsuz paylanması qadağan ediləcək.


Femida.az-ın məlumatına görə, bu barədə Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında məlumat verilib.

İclasda bildirilib ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

Yeni dəyişikliyə əsasən, dərman vasitələrinin pulsuz paylanması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər 1000 manatdan 2000 manatadək məbləğində cərimə ediləcəklər.

Dəyişikliyə əsasən, həkim resepti olmadan buraxılan dərman vasitələrinin qəbulu və tibbi texnikadan istifadə əlavə təsirlə müşayiət olunduqda, reklamda bu barədə məlumat verilməli, həkimlə, yaxud mütəxəssislə məsləhətləşmənin zəruriliyi qeyd edilməlidir.

Femida.az

Açar sözlər:

Oxunub: 1078