Dərmanların satışında YENİ QAYDALAR


21:52     18 Fevral 2017 derman%20cerime%207%20iyun.jpg

Dərmanların qiyməti dolların məzənnəsindən asılı olacaq.


Tarif (Qiymət) Şurasından verilən məlumata görə, dərmanların qiymətlərinin tənzimlənməsi barədə yeni qaydalar təsdiq edilib.

Bu qaydalara görə, dərmanların qiymətini Tarif (Qiymət) Şurası birbaşa müəyyən etməyəcək və o, topdansatış şirkətlərinin aldığı qiymətə xüsusi əlavə edilməklə satılacaq. Topdansatış şirkəti dərmanın üstünə alış qiymətinin 20 faizindən artıq vəsait qoya bilməyəcək. Ticarət marjası alış qiyməti artdıqca azalacaq.

Topdansatış şirkəti 5-20 manat qiymətin üzərinə 17 faiz, 20-50 manat qiymətin üzərinə 13%, 50-100 manat arasında dəyişdikdə isə 7 faiz əlavə edə bilər. 100 manatdan sonra isə topdansatış şirkəti yalnız 3 faiz əlavə edə bilər. Aptek (pərakəndəsatış) qiymətlərində ticarət marjası nisbətən yüksəkdir və 50 manata qədər dərmanlarda 20 faiz təşkil edir, 50-100 manat arasında 13 faiz, 100 manatdan yuxarı isə 11 faiz olacaq.

Yeni qaydalarla bu linkdən tanış ola bilərsiz.

Femida.az

Açar sözlər:

Oxunub: 1096