Masallıda yük avtomobili aşıb
02:26 19 May 2017
Masallıda yük avtomobili aşıb, nəticədə avtomagistralda nəqliyyat vasitələrinin gediş-gəlişi çətinləşib.
Femida.az APA-ya istinadən xəbər verir ki, hadisə Masallı-Boradigah yolunun Masallının Bədəlan kəndi ərazisindən keçən hissəsində baş verib.
Lənkəran sakininin idarə etdiyi 90 JF 334 dövlət nömrə nişanlı qum-çınqılla dolu yük maşını idarəetməni itirərək aşıb. Xoşbəxtlikdən sürücü xəsarət almasa da, yük maşınına ciddi ziyan dəyib.
Yük maşınını yoldan götürmək üçün əraziyə iki qaldırıcı kran cəlb olunub. Hələlik yük maşınını yoldan götürmək mümkün olmayıb.
Hadisəyə səbəb kimi yük maşınının qarşısına azyaşlı uşağın çıxması nəticəsində sürücünün idarəetməni itirməsi göstərilir.
Femida.az
Oxunub: 512
Oxşar xəbərlər
- Masallıda yarış atlarını oğurladılar
- Masallıda nəhəng qartal tutuldu - FOTO
- Masallıda 20 il əvvəl törədilmiş dəhşətli qətlin üstü açıldı - Meyitin qalıqları tapıldı
- Masallıda mağaza yandı
- Masallıda sürücü sükan arxasında öldü
- Masallıda 6 otaqlı ev yanıb
- Masallıda yol kənarından meyit tapıldı
- Masallıda dördmərtəbəli ev yandı
- Masallıda dördmərtəbəli ev yandı
- Masallıda 50 yaşlı kişini avtomobil vurub