Sürücülərə şad xəbər - Bu yol istifadəyə verildi
13:54 19 May 2017
Binəqədi-Mehdiabad yolu əsaslı təmir edilərək istifadəyə verilib.
“Azəravtoyol” ASC-dən Femida.az-a verilən məlumata görə, 3,9 km uzunluğunda, eni 9-11 metr arası dəyişən yolun yenidən qurulması işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan hissələrdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Daha sonra qazılmış ərazilərə karbonat materialı tökülərək kipləşdirilib və yolun hərəkət hissəsinin asfaltlanması işləri aparılıb.
İki hərəkət zolaqlı olan yola ikiqat olmaqla 12 sm qalınlığında yeni asfalt-beton örtük döşənib. Ümumilikdə yolun Binəqədi-Mehdiabad hissəsinin 42 min kvadratmetr sahəsi asfaltlanıb.
Bundan başqa, vətəndaşların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə yolun yaşayış məntəqələrindən keçən hissələrində 2,5 metr enində yeni piyada səkiləri inşa edilib. Səkilərin kənarlarına 7700 p/m səki daşları düzülüb, hərəkət hissəsi asfaltlanıb. Yolun yenidən qurulması işləri tam olaraq bitdikdən sonra zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, həmçinin yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılıb.
Qeyd edək ki, növbəti mərhələdə idə Mehdiabad-Fatmayi-Goradil avtomobil yolunun əsaslı şəkildə təmiri nəzərdə tutulub.
Femida.az
Oxunub: 2248
Oxşar xəbərlər
- Sürücülərə xəbərdarlıq
- Sürücülərə sabahkı günlə bağlı ciddi xəbərdarlıq
- Sürücülərə ara məsafəsi ilə bağlı yeni təklif - VİDEOÇARX
- Sürücülərə ciddi nəzarət olunacaq - RƏSMİ
- Sürücülərə şad xəbər - Masazır yolunda tıxaca son
- Sürücülərə qarşı tələblər sərtləşdi - Əsasnaməyə dəyişiklik
- Sürücülərə qarşı görünməmiş cərimələr - 3 aya 15 milyon
- Sürücülərə şad xəbər
- Sürücülərə növbəti XƏBƏRDARLIQ
- Sürücülərə şad xəbər: bu yol açıldı