Sürücülərə ciddi nəzarət olunacaq - RƏSMİ
22:09 14 İyul 2017
Baş Dövlət Yol Polisi İdarəsi sərnişin və yük daşınması fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edib.
İdarədən Femida.az-a verilən məlumata görə, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarında təhlükəsizliyin təmin olunması məqsədilə iyulun 17-dən Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə birgə respublika ərazisində tədbir keçirəcək.
Reydlər zamanı sərnişin və yük daşımaları sahəsində çalışan sürücülərin iş və istirahət rejiminə əməl etmələrinə ciddi nəzarət olunacaq, müvafiq kateqoriyalı sürücülük vəsiqəsi, fərqlənmə nişanı, marşrut kartı olmayan, avtovağzallarda müvafiq sənədləşmə aparmadan şəhərlərarası sərnişin daşıma fəaliyyəti göstərən, reysqabağı tibbi müayinədən keçməyən, eləcə də avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması qaydalarına riayət etməyən və ümumilikdə daşıma qaydalarının pozulması hallarına yol verən fiziki və hüquqi şəxslər barəsində mövcud qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcək.
Femida.az
Oxunub: 1489
Oxşar xəbərlər
- Sürücülərə xəbərdarlıq
- Sürücülərə sabahkı günlə bağlı ciddi xəbərdarlıq
- Sürücülərə ara məsafəsi ilə bağlı yeni təklif - VİDEOÇARX
- Sürücülərə şad xəbər - Masazır yolunda tıxaca son
- Sürücülərə şad xəbər - Bu yol istifadəyə verildi
- Sürücülərə qarşı tələblər sərtləşdi - Əsasnaməyə dəyişiklik
- Sürücülərə qarşı görünməmiş cərimələr - 3 aya 15 milyon
- Sürücülərə şad xəbər
- Sürücülərə növbəti XƏBƏRDARLIQ
- Sürücülərə şad xəbər: bu yol açıldı