Sürücülərə ara məsafəsi ilə bağlı yeni təklif - VİDEOÇARX
16:19 17 Avqust 2017
Bakı Nəqliyyat Agentliyi (BNA) sürücülərə müraciət edib.
BNA-dan Femida.az-a verilən məlumata görə, “Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsinə əsasən sürücülər ara məsafəsini şəraitə uyğun olaraq özləri təyin etməlidirlər. “Yəni, hərəkətdə olan avtomobillər arasında məsafə avtomobilin növündən, texniki vəziyyətindən, sürətindən, yolun vəziyyətindən, hava şəraitindən asılı olaraq müəyyən edilməlidir. Ekspertlər avtomobillər arasında ara məsafəsinin düzgün seçilməsi ilə bağlı sürücülərə kömək ola biləcək bir neçə üsul təklif edirlər. Bu üsullardan biri də “2 saniyə” qaydasıdır. Təkcə ara məsafəsinin düzgün təyin edilməməsi səbəbindən gün ərzində çox sayda avtomobil qəzası baş verir”, - deyə müraciətdə vurğulanıb.
BNA-da bildirilib ki, agentlik hərəkət iştirakçılarının maarifləndirilməsi çərçivəsində növbəti maarifləndirici videoçarx hazırlayıb.
Maarifləndirici videoçarxın linki:
Oxunub: 1541
Oxşar xəbərlər
- Sürücülərə xəbərdarlıq
- Sürücülərə sabahkı günlə bağlı ciddi xəbərdarlıq
- Sürücülərə ciddi nəzarət olunacaq - RƏSMİ
- Sürücülərə şad xəbər - Masazır yolunda tıxaca son
- Sürücülərə şad xəbər - Bu yol istifadəyə verildi
- Sürücülərə qarşı tələblər sərtləşdi - Əsasnaməyə dəyişiklik
- Sürücülərə qarşı görünməmiş cərimələr - 3 aya 15 milyon
- Sürücülərə şad xəbər
- Sürücülərə növbəti XƏBƏRDARLIQ
- Sürücülərə şad xəbər: bu yol açıldı