Sürücülərə sabahkı günlə bağlı ciddi xəbərdarlıq


15:04     14 Sentyabr 2017 kamran%20yp.jpg

Sentyabrın 15-də dövlət yol polisi əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparacaq.


Bunu Femida.az -a Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Şöbə rəisi bildirib ki, sabah yol polisi ilə yanaşı, evakuasiya xidməti də gücləndirilmiş iş rejimində işləyəcək:

"Xüsusilə paytaxt Bakıda intensiv hərəkət olan, yol kənarında yerləşən məktəbyanı ərazilərdə dayanma-durma, parklanma qaydalarını pozan sürücülərin nəqliyyat vasitələri təxliyə olunacaq və sürücülər inzibati məsuliyyətə cəlb olunacaq. Ona görə də sürücülərdən xahiş edirik ki, sentyabrın 15-də səhər saatlarında məktəbyanı ərazilərdə avtomobillərini hərəkətə maneçilik törədən yerlərdə saxlamasınlar və bilsinlər ki, bu cür qayda pozuntularına yol verdikləri halda onların nəqliyyat vasitələri evakuasiya olunacaq".

Femida.az

Açar sözlər:

Oxunub: 1586