Maşın kanala düşdü - Sürücü öldü


14:23     19 May 2017 suya%20dusen%20masinj7.jpg

İmişlidə 31 yaşlı sürücü qəzada ölüb.


Femida.az-ın Apa-ya istinadən məlumatına görə, hadisə İmişli rayonunun Aranlı kəndində qeydə alınıb.

İmişli rayonunun Aranlı kənd sakini, 1986-cı il təvəllüdlü Həsənov Məzahir Səhliyalı oğlu idarə etdiyi "VAZ 2106" markalı avtomobil idarəetmədən çıxaraq kanala aşıb.

Sürücü hadisə yerində ölüb.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 653