Prokuror “qanuni oğru”ya cəza istədi


17:09     23 May 2017 hebs%20misir.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Elməddin Fərzəliyevin cinayət işi üzrə məhkəmə davam etdirilib.


Femida.az -ın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Dövlət ittihamçısı Elməddin Fərzəliyevin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili Adəm Məmmədov müdafiə çıxışı edib. O bildirib ki, təqsirləndirilən şəxsə verilən ittihamlar doğru deyil, bu səbəbdən barəsində bəraət hökmü çıxarılmalıdır.

Məhkəmə prosesi mayın 26-da davam edəcək.

Qeyd edək ki, Elməddin Səfərov kriminal aləmdə “Elməddin Vasmoyski” kimi tanınır.

Femida.az

Açar sözlər:

Oxunub: 753