Çexiya təşkilatı Sülh Platformasına qoşulub


20:00     30 May 2017 sulh%20platformasi%20yeni.jpg

Çexiyanın “Asociace Pro Modernizace” təşkilatının sədri Aleksey Franskeviç Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulması haqqında bəyanat verib.


Sülh Platformasının mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, bəyanatda deyilir:

“İnsanlar müharibədən yorulub. Artıq 25 il davam Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinə son qoymaq lazımdır. Eyni zamanda Ermənistan və Azərbaycan respublikalarının suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərini nəzərə almaq çox vacibdir. Həmçinin mövcud münaqişəni beynəlxalq hüquq, BMT-nin Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in Minsk Qrupunun fəaliyyəti çərçivəsində həll olunmasının vacibliyini qeyd etmək istəyirəm. 30 il əvvəl biz iki xalqın əsrlərlə formalaşan dostluq və sülh şəraitində yaşamasının şahidi idik. Müasir dövrümüzdə iki xalqın bir-birinə münasibətinin yalnız müharibə kontekstində olmasını dərin təəssüf hissi ilə qeyd etmək istəyirəm. Mən iki xalqların sülh və qardaşlıq içində birgə yaşamasına, və 25 il ərzində davam edən münaqişənin sülh yolu ilə həllinə dəstək ifadə etmək istəyirəm. Bu səbəbdən, mən məqsədi Cənubi Qafqazda sülh yaradıb və onu qorumaq olan Ermənistan-Azərbaycan Sülh Platformasına dəstəyimi ifadə etmək istəyirəm. Yuxarıda göstərilən səbəblərə görə ,sədri olduğum təşkilat adından, Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumuzu bəyan edirəm”.



Femida.az

Açar sözlər:

Oxunub: 712