İrandan Türkiyəyə sərt reaksiya


01:10     16 Avqust 2015 amir-abdollahian2.jpg

Suriya məsələsində tək həll yolu siyasi cəhdlərdir.


Femida.az xəbər verir ki, bu barədə jurnalistlərə İran Xarici İşlər nazirinin müavini Əmir Abdullahiyan deyib.

“Suriyada təhlükəsiz bölgənin yaradılmasını bu ölkənin ərazi bütövlüyünün və suverenliyinin pozulması kimi qiymətləndiririk. Problemə beynəlxalq hüququ pozmadan bir həll yolu tapılmalıdır. Suriya məsələsində tək həll yolu siyasi cəhdlərdir”, - deyə Abdullahiyan bildirib.

Qeyd edək ki, bir müddət öncə Türkiyə Xarici İşlər Nazirliyi Suriya ilə sərhəddə təhlükəsiz bölgənin yaradılması barədə ABŞ-la razılaşdıqlarını açıqlamışdı.

Açar sözlər:

Oxunub: 1130