Qaxda ağır qəza - Ölənlər var


13:07     01 İyun 2017 1359952125_qeza-avariya-main.jpg

Qaxda yol-nəqliyyat hadisəsi baş verib.


Bu gün saat 01:30 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Qax rayonunun Dəymədağlı kəndi ərazisindən keçən hissəsində Zaqatala rayonu Yuxarı Tala kənd sakini, 1984-cü il təvəllüdlü Bəhruz Məmməd oğlu Ramazanovun idarə etdiyi “VAZ 2109” markalı 62 BH 557 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq, yolun kənarındakı ağaca çırpılıb.

Nəticədə sürücü və sərnişin, sürücünün həmkəndlisi, 1985-ci il təvəllüdlü Ruslan İbo oğlu Muradov aldıqları müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüblər.

Avtomobildə olan digər sərnişinlər, sürücünün həmkəndliləri 1988-ci il təvəllüdlü Həsrət Cabrayıl oğlu Kərimov və 1977-ci il təvəllüdlü İlqar İslam oğlu Əhmədov isə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

Qax MRX-dan APA-ya bildirilib ki, onlar xəstəxananın cərrahiyə şöbəsinə yerləşdiriliblər, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı DİN-nin Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır. (APA)

Femida.az

Açar sözlər:

Oxunub: 1188