Masallıda ağır qəza - 4 yaralı


18:25     02 İyun 2017 qeza%20yeni4.jpg

Masallı rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az xəbər verir ki, hadisə rayonun Kalinovka kəndində qeydə alınıb. "VAZ-2106" və "Mercedes" markalı minik avtomaşınlarının toqquşması nəticəsində rayonun Qızalağac kənd sakinləri - 1997-ci il təvəllüdlü Bəhruz Muradov, 1999-cu il təvəllüdlü İbrahim Səmədov, 1977-ci il təvəllüdlü Yusif Cavadov və 1980-ci il təvəllüdlü Rüfət Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onlardan biri əməliyyat olunub. Vəziyyətlərinin orta ağır olduğu deyilir.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 549