Kafedə cinayət törədənlərə hökm oxundu


22:55     02 İyun 2017 1442557655_mehkeme-zali.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Surət Məmmədov, Sevinc Hüseynova və Fərhad Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az -ın xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə S.Məmmədov 6 il, S.Hüseynova isə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. S.Hüseynova barəsində şərti cəza verilib.
Barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilmiş F.Abdullayev isə 5 il həbs cəzası alıb və məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, hadisə ötən ilin yayında Bakıda yerləşən kafelərin birində baş verib. S.Məmmədov, S.Hüseynov və A.Abdullayev kafeyə müştəri kimi gələn zərərçəkmişə qarşı soyğunçuluq edib və onun 350 manat pulunu əlindən alıblar.
Həmin şəxslər Cinayət Məcəlləsinin 180.2.4-cü (soyğunçuluq insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunublar.


Femida.az

Açar sözlər:

Oxunub: 657