Kafedə qan töküldü - 2 nəfər bıçaqlanıb


13:04     16 Avqust 2017 bicaq93.jpg

Şəmkirdə kütləvi dava olub.


Femida.az-ın məlumatına görə, hadisə Gəncə-Şəmkir avtomobil yolunda fəaliyyət göstərən kafelərdən birində qeydə alınıb. Bir neçə nəfərin iştirakı ilə baş verən davada iki nəfər rayon sakini, 1986-cı il təvəllüdlü Toğrul Vəliyev və 1980-ci il təvəllüdlü İntiqam Rəhimov bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı hüquq mühafizə-orqanları tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1303