Kafedə əlbəyaxa dava: Bir nəfər xəstəxanalıq oldu


13:41     25 İyul 2017 1367572794_dava-dalas.jpg

Bakıda kafedə kütləvi dava düşüb.


Hadisə Nizami rayonunda baş verib.

Belə ki, Çobanzadə küçəsində yerləşən "Opera" kafesində 1993-cü il təvəllüdlü Kərimli Kamran Rafiq oğlu üç nəfərlə əlbəyaxa davaya çıxıb.

Dava nəticəsində o döyülərək xəstəxanaya yerləşdirilib.

Faktla bağlı polis orqanı tərəfindən araşdırma aparılır. (Report)

Femida.az

Açar sözlər:

Oxunub: 947