Kafedə qıza görə adam öldürənlərə 27 il həbs


18:02     14 İyun 2017 bicaq23.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə və xuliqanlıqda təqsirli bilinən 1992-ci il təvəllüdlü İlqar Əhmədovun və 1983-cü il təvəllüdlü Emin Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


Femida.az-ın məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən İlqar Əhmədov 19 il, Emin Cəfərov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə Binəqədi rayonunda, “DSK” yolunun üstündə üzərində kafedə baş verib. Kafedə olan oğlanlardan birinin orada işləyən Aynurəyə sataşması davaya səbəb olub.

2017-ci il yanvarın 1-də "DSK" yolunun üzərində 1997-ci il təvəllüdlü Murad Hüseynovun meyiti küçədə tapılıb.

Hadisəni törətməkdə şübhəli bilinən, 1992-ci il təvəllüdlü İlqar Arif oğlu Əhmədov müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, İ. Əhmədov M. Hüseynovun dostu, 1982-ci il təvəllüdlü Rövşən Ağayevə də bıçaq xəsarətləri yetirib. R. Ağayev xəstəxanaya yerləşdirilib.

Onu da qeyd edək ki, qətldə təqsirləndirilən İlqar Əhmədov cinayəti törətmədiyini bildirib. Həmçinin o, saxlandığı istintaq təcridxanasında intihara cəhd edib.


Femida.az

Açar sözlər:

Oxunub: 980