Natiq Əliyev “Amerikan Xəstəxanası”nda müalicə alır
01:33 06 İyun 2017
Azərbaycanın energetika naziri Natiq Əliyev İstanbulun “Florence Nightingale” Xəstəxanasına köçürülüb. Bu barədə Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver məlumat verib.
Onun sözlərinə görə, həkimlər nazirin səhhətinin normal olduğunu bildiriblər. Bundan öncə nazir İstanbuldakı “Amerikan Xəstəxanası”na yerləşdirilibmiş.
Qeyd edək ki, N.Əliyev iyunun 4-də ürək dayanması diaqnozu ilə Bakıda Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmişdi. Həkimlərin müdaxiləsindən sonra onu həyata qaytarmaq mümkün olub. Energetika naziri xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, ürəyinə stendlər qoyulub.
Onu müayinə etmək üçün Türkiyədən həkim briqadası çağırılıb. Azərbaycanlı həkimlərlə birlikdə aparılan müayinə və konsilumun nəticəsində N.Əliyevin müalicəsinin Türkiyədəki xəstəxanalardan birində davam etdirilməsinə qərar verilib. Nazir ötən gecə türkiyəli həkimlərin müşayiəti ilə özəl təyyarə vasitəsilə Türkiyəyə aparılıb. (Report.az)
Oxunub: 3035
Oxşar xəbərlər
- Natiq Cəfərlinin barəsindəki cinayət işinə xitam verilib
- Natiq Əliyevin qırxı Heydər məscidində veriləcək
- Natiq Əliyevin cənazəsi mərasim zalında - YENİLƏNİB
- Natiq Əliyev II Fəxri xiyabanda dəfn olunacaq
- Natiq Əliyev vəfat etdi
- Natiq Əliyevin vəziyyəti stabilləşib
- Natiq Əliyev təcili Türkiyəyə aparıldı
- Natiq Əliyevdən neftin qiyməti ilə bağlı AÇIQLAMA
- Natiq Kərimova hökm oxunub
- Natiq Kərimovun məhkəməsi təxirə salınıb