Natiq Əliyev II Fəxri xiyabanda dəfn olunacaq


18:02     09 İyun 2017 natiq%20eliyev.jpg

İstanbulda dünyasını dəyişən energetika naziri Natiq Əliyevlə vida mərasimi sabah saat 12:00-da Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzində keçiriləcək.


Bu barədə Femida.az-a Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva deyib. O, qeyd edib ki, N.Əliyevin nəşi bu gün Bakıya gətiriləcək.

Qeyd edək ki, bu gün energetika naziri Natiq Əliyev İstanbulda müalicə aldığı “Florence Nightingale” xəstəxanasında dünyasını dəyişib.

Ürəyində problem yaranan nazir ötən həftə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmişdi. Daha sonra müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılmışdı.

N.Əliyev II Fəxri xiyabanda torpağa tapşırılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 2186