Natiq Cəfərlinin barəsindəki cinayət işinə xitam verilib
17:22 28 Avqust 2017
Respublikaçı Alternativ (REAL) Hərəkatının icraçı katibi Natiq Cəfərli barəsində başlanan cinayət işinə xitam verilib.
Femida.az-ın xəbərinə görə, bu barədə N. Cəfərlinin vəkili Cavad Cavadov özünün “facebook” səhifəsində məlumat yayıb. Vəkil bildirib ki, bu gün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə çağırılıb. Orada N. Cəfərli barəsində başlanılmış Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.1 və 308.2 maddəsi ilə olan cinayət işinin icraatına əməlində cinayət tərkibi olmadığına görə xitam olunmasına dair qərar elan edilib.
Vəkil qeyd edib ki, axtarış zamanı götürülmüş əmlaklar, şəxsiyyət vəsiqəsi və digər sənədləri özünə qaytarılıb. Eyni zamanda ölkədən çıxma məhdudiyyətinin götürüləcəyi bildirilib.
Qeyd edək ki, N. Cəfərli ötən il avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi rayon Məhkəməsinə aparılan N. Cəfərlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
N. Cəfərli Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilib.
Həmin il sentyabrın 9-da isə N. Cəfərli ilə bağlı həbs-qətimkan tədbiri ləğv edilib, o, məhkəmə zalından azadlığa buraxılıb.
Femida.az
Oxunub: 855
Oxşar xəbərlər
- Natiq Əliyevin qırxı Heydər məscidində veriləcək
- Natiq Əliyevin cənazəsi mərasim zalında - YENİLƏNİB
- Natiq Əliyev II Fəxri xiyabanda dəfn olunacaq
- Natiq Əliyev vəfat etdi
- Natiq Əliyevin vəziyyəti stabilləşib
- Natiq Əliyev “Amerikan Xəstəxanası”nda müalicə alır
- Natiq Əliyev təcili Türkiyəyə aparıldı
- Natiq Əliyevdən neftin qiyməti ilə bağlı AÇIQLAMA
- Natiq Kərimova hökm oxunub
- Natiq Kərimovun məhkəməsi təxirə salınıb