Natiq Əliyevin qırxı Heydər məscidində veriləcək


15:25     18 İyul 2017 natiq%20eliyev.jpg

Mərhum energetika naziri, “Şöhrət” ordenli əməkdar mühəndis Natiq Əliyevin qırx mərasimi iyulun 19-da Heydər məscidində keçiriləcək.


Bu barədə Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva məlumat yayıb.

Xatırladaq ki, ürəyində problem yaranan Natiq Əliyev iyunun 3-də Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmiş, daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılmışdı. O, iyunun 6-da İstanbulun Şişli rayonunda yerləşən və kardioloji xidmətlər üzrə ixtisaslaşan "Florence Nightingale" xəstəxanasında dünyasını dəyişib.

N.Əliyev 2005-2013-cü illərdə sənaye və energetika naziri, 1993-2005-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti vəzifələrində işləyib.

Femida.az

Açar sözlər:

Oxunub: 1191